Asiyadan Avropaya aviabiletlərin qiyməti kəskin artıb


İran ətrafındakı vəziyyətlə əlaqədar Dubay və Yaxın Şərqin digər hava limanlarında reyslərin ləğv edilməsi nəticəsində Asiyadan Avropaya aviabiletlərin qiyməti bir neçə dəfə bahalaşıb.

AFN.az xəbər verir ki, bu barədə "Novinky" portalı məlumat yayıb.

Qiymət artımı Tailand və digər Asiya ölkələrində istirahət edən avropalı turistlərin vətənə qayıtmaq üçün təcili bilet axtarması ilə bağlıdır. Belə ki, onların Yaxın Şərq üzərindən olan dönüş biletləri ləğv edilib. Ekspertlər regionda gərginlik artacağı təqdirdə qiymətlərin daha da yüksələcəyini proqnozlaşdırırlar.

Onlayn bilet satışı nümayəndələri bildiriblər ki, son bir həftə ərzində Ər-Riyaddan Praqaya uçuş biletlərinin qiyməti 224% artıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu