Azərbaycan dronları havaya qaldırdı



Azərbaycanın bəzi bölgələrində havada dronlar müşahidə olunur. Havada dronların görünməsi bəzən əhali arasında müəyyən narahatlıq yaradır.

AFN.az Lent.az-a istinadən xəbər verir ki, bəzi bölgələrdə uçuş həyata keçirən bizim öz dronlarımızdır. Onlar məkana nəzarət edirlər və bu da indiki vəziyyətdə tamamilə normal haldır.

Rəsmi mənbələrdən verilən məlumatda qeyd olunur: "Əhalidən belə vəziyyətlərdə təlaşa düşməmələri xahiş olunur". Hazırda havada olan pilotsuz uçuş aparatları təhlükəsizlik tədbirləri çərçivəsində mütəmadi olaraq məkana nəzarəti həyata keçirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu