Kubada ölkə boyu elektrik enerjisi tamamilə kəsilib
Kubada elektrik sistemində meydana gələn ciddi nasazlıq səbəbindən ölkənin demək olar ki, tamamı qaranlığa qərq olub.
AFN.az xəbər verir ki, Energetika və Təbii Sərvətlər Nazirliyinin "X" hesabından verilən bəyanatda elektrik sistemindəki qəza nəticəsində ölkə əhalisinin tamamilə enerjisiz qaldığı bildirilib.
Kubanın Dövlət Elektrik Şirkəti (La Union Electrica) də öz növbəsində Milli Elektrik Enerjisi Sisteminin (SEN) tamamilə çökdüyünü elan edib. Sistemdəki qeyri-sabitlik bütün adada kommunal xidmətlərin dayanmasına səbəb olub.
Kuba Prezidenti Migel Dias-Kanel martın 13-də etdiyi çıxışında ada ölkəsinin təxminən 3 aydır xaricdən neft ala bilmədiyini vurğulayaraq, hazırda elektrik sisteminin yalnız günəş enerjisi, təbii qaz və mövcud istilik elektrik stansiyaları vasitəsilə ayaqda saxlanıldığını qeyd etmişdi.

