Vens: Benzin qiymətlərinin artımına qarşı yeni tədbirlər görüləcək
ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkə daxilində yanacaq qiymətlərinin kəskin artması ilə mübarizə məqsədilə yaxın 24-48 saat ərzində əlavə tədbirlərin elan ediləcəyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Miçiqan ştatındakı çıxışı zamanı Vens qeyd edib ki, administrasiya hazırda bir neçə istiqamət üzrə iş aparır və əsas diqqət qiymətlərin aşağı salınmasına yönəlib.
Vitse-prezident yanacaq bazarındakı gərginliyin ciddi problem olduğunu etiraf edib: "Biz bu problemlə mübarizə aparırıq və söz veririk ki, İrandakı hərbi əməliyyat başa çatdıqdan sonra enerji daşıyıcılarının qiymətləri real göstəricilərə qayıdacaq".
