61 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü


Şirvan sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Şirvan sakini 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə turşusu zəhərlənməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq 61 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu