Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd edib, vəziyyəti ağırdır - YENİLƏNİB

TƏBİB-dən bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 08:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

AFN.az-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 6-sı keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

menyu
menyu