Suriya hava məkanında uçuş məhdudiyyətlərinin müddətini uzadıb


Suriya aviasiya rəsmiləri ölkənin hava məkanında uçuşlara tətbiq edilən məhdudiyyətləri çərşənbə axşamı gününün sonuna qədər uzadıb.

AFN.az-ın xəbərinə görə, bu barədə TASS-a Dəməşq uçuş məlumat bölgəsinin dispetçer xidmətindən məlumat verilib.

"Hava məkanında uçuşlar çərşənbə axşamı, martın 24-ü saat 21:00-a (GMT) qədər məhdudlaşdırılıb", — deyə mənbə qeyd edib. Həmin vaxta qədər sərnişin təyyarələrinin qəbulu və yola salınması üçün yalnız Hələb beynəlxalq hava limanı fəaliyyət göstərir. Uçuşlar üçün üç dəhliz müəyyən edilib ki, onlardan ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizi istiqamətinə aparır.

Suriya hava məkanındakı bu məhdudiyyətlər fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatla əlaqədar tətbiq edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu