"World Athletics" Dohada Brilyant Liqası mərhələsinin ləğvini istisna etmir
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası ("World Athletics") mayın 8-də Qətərdə keçirilməsi planlaşdırılan Brilyant Liqası mərhələsi ilə bağlı hələlik rəsmi dəyişiklik etməsə də, yarışın başqa ölkəyə keçirilməsi variantlarını nəzərdən keçirir.
AFN.az TASS-a istinadən xəbər verir ki, təşkilat hazırda Dohadakı vəziyyəti yaxından izləyir.
"İdmançıların və tamaşaçıların təhlükəsizliyi bizim əsas prioritetimizdir. Yekun qərar yarışın tarixinə ən geci bir ay qalmış veriləcək", — deyə qurumun mətbuat xidmətindən bildirilib.


