Misirdə dövlət və özəl sektorda həftədə bir gün məsafədən iş rejiminə keçiləcək



Misirdə enerji qənaəti məqsədilə 5 aprel tarixindən etibarən bir ay müddətinə dövlət qurumlarında və özəl sektorda həftədə bir gün məsafədən iş rejimi tətbiq olunacaq. 

AFN.az xəbər verir ki, Misir baş naziri Mustafa Mədbuli Nazirlər Kabinetinin iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib.

Mədbuli məsafədən iş sisteminin yalnız elektrik enerjisi istehlakına deyil, həm də işçilərin nəqliyyatdan istifadəsi zamanı yaranan yanacaq sərfinə qənaət etdiyini bildirib. Bu çərçivədə 5 apreldən etibarən bir ay ərzində bazar günlərinin məsafədən iş günü kimi tətbiq edilməsinə dair razılıq əldə olunub.

Lakin istehsalat və təməl xidmət sektorları bu qərardan kənarda tutulacaq. Zavod və fabriklər, su, qaz, kanalizasiya idarələri və xəstəxanalar məsafədən iş sisteminə keçməyəcək. Mədbuli həmçinin bildirib ki, tədris ilinin başa çatmasına az vaxt qaldığı üçün məktəb və universitetlər də hələlik bu qərarın əhatə dairəsinə daxil edilməyib.

Yeni sistemin tətbiqində "COVID-19" dövründəki təcrübələrdən istifadə olunacaq və hər bir qurum öz iş strukturuna uyğun tənzimləmələr aparacaq. Baş nazir gələcəkdə bazar gününə əlavə olaraq başqa bir günün də tədricən məsafədən iş üçün müəyyən edilə biləcəyini qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu