"Tasnim": Tehranın şərqi qaranlığa qərq olub


İsrail və ABŞ-ın həyata keçirdiyi hava hücumlarından sonra Tehranın şərqindəki bir neçə rayonda elektrik enerjisinin verilişi kəsilib.

AFN.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilir ki, enerji kəsintisi xüsusilə paytaxtın Piruzi rayonunda və digər şərq dairələrində qeydə alınıb.

"Kommunal xidmət müəssisələri artıq elektrik təchizatının bərpası istiqamətində işlərə başlayıblar" - deyə agentlik qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu