İndoneziyada Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanında azı dörd püskürmə hadisəsi qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzi məlumat yayıb.
Bildirilir ki, vulkan külləri kraterdən 900 metr (dəniz səviyyəsindən 4576 metr) hündürlüyə qalxıb və intensiv şəkildə müxtəlif istiqamətlərə yayılmaqdadır. Mütəxəssislər əhaliyə ehtiyatlı olmağı və vulkanın qızmar daşlar atma riski səbəbindən kraterə 5 kilometrdən çox yaxınlaşmamağı tövsiyə edib. Semeru vulkanı 3676 metr hündürlüklə Yava adasının ən yüksək zirvəsidir. Sakit okean "Atəş həlqəsi"ndə yerləşən İndoneziyada ümumilikdə 500-dən çox vulkan var ki, onlardan təxminən 130-u aktivdir.
