Almaniyada ticarət mərkəzində canavar qadına hücum etdi



Almaniyanın Hamburq şəhərində bir qadın canavarın hücumuna məruz qalıb.

AFN.az xəbər verir ki, Almaniya Xəbər Agentliyinin (DPA) yaydığı məlumata görə, hadisə dünən axşam saatlarında Hamburqun Altona rayonundakı Qrosse Berq küçəsində yerləşən ticarət mərkəzində baş verib.

Bildirilir ki, 65 yaşlı qadın mərkəzin avtomat qapıları arasında sıxılıb qalan canavara kömək etmək istəyərkən heyvanın hücumuna məruz qalıb. "Bild" qəzetinin məlumatına görə, canavar qadını üz nahiyəsindən dişləyib. Yaralı dərhal Eppendorf Universitet Klinikasına çatdırılıb, orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisədən sonra Binnenalster gölünə tərəf qaçan canavar vətəndaşların xəbərdarlığı əsasında yaxalanıb. Tutulan heyvan Hamburqun qərbində yerləşən Klövensteen vəhşi təbiət parkına yerləşdirilib. Federal Təbiəti Mühafizə İdarəsi qeyd edib ki, 1998-ci ildən bəri ölkədə canavar populyasiyasının artmasından sonra ilk dəfədir ki, bir insan canavar hücumuna məruz qalır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu