Parkda qaçan qadın 8 su samurunun hücumuna məruz qaldı


Malayziyada Tanjung Aru İstirahət Parkında qaçan qadın 8 su samurunun hücumuna məruz qalıb. Hücumdan sonra qanlar içində olan qadın xəstəxanaya aparılıb.



Malayziya Vəhşi Təbiəti Mühafizə İdarəsindən verilən məlumata görə, su samurları idman edən qadına parkdakı gölməçədə yemək axtararkən hücum edib.

Departament direktoru Roland Oliver Niun bildirib ki, parkın ətrafında vəhşi su samurları var və parka gələnlərin heyvanları bəsləməsi bu cür aqressiv davranış dəyişikliklərinə səbəb olur.

Hücumdan sonra su samurları sürətlə hadisə yerindən qaçıb, ağır yaralanan qadın xəstəxanaya aparılıb.

Hadisədən sonra bölgəyə vəhşi təbiət qrupu göndərilib və su samurlarını izləmək və park ətrafında təhlükəsizlik tədbirlərini artırmaq üçün işlərə başlanılıb.

Səlahiyyətlilər bildiriblər ki, parkın ətrafındakı hasarlar gücləndiriləcək və heyvanların yenidən parka daxil olmasının qarşısı alınacaq.

Bundan əlavə, vətəndaşlardan su samuru və ya digər vəhşi heyvanlarla birbaşa təmasdan çəkinmələri xahiş olunub.

Mənbə: New York Times



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu