Vəhşi heyvan 2 yaşlı körpəyə hücum etdi - ANBAAN VİDEO


Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində azyaşlı qız vəhşi koyotun hücumuna məruz qalıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən görüntülənib. Məlum olur ki, atası avtomobilə yük yığarkən azyaşlı qızcığaz avtomobilin ətrafında gəzişir. Bu zaman isə ona hücum edən koyot körpəni sürüyərək aparmaq istəyir. Ata Ariel Eliyahuon qızının fəryadını eşidərək onun yanına qaçır. Bundan sonra heyvan dərhal qızı buraxsa da, kişi ona plastik butulka atana qədər oranı tərk etmir.
Qızın anası Şaira Eliyahuo da qızına kömək etmək üçün evdən qaçıb. “Onun şalvarının hər tərəfi qan içində idi. Onları çıxardım və cızıqları gördüm. Quduzluğa qarşı iynə vurmalı olduq. Yalnız hər şeyin qaydasında olacağına ümid edə bilərik" - deyə o, hadisəni şərh edib.

Eliyahuolar üç ildir ki, ərazidə yaşayırlar. Onlar ərazidə tez-tez koyot və digər vəhşi heyvanların peyda olduğunu, lakin adətən insanlara yaxınlaşmağa qorxduqlarını bildiriblər. Qızın aldığı xəsarətlər həyatı üçün təhlükə yaratmasa da, indi bayıra çıxmağa qorxur. Mütəxəssislər koyotun DNT nümunələrini əldə etmək üçün qurbanın paltarını götürüblər. Heyvan tutulacaq və evtanaziya ediləcək.

Bundan əvvəl də ABŞ-da koyotun evin eyvanında iki yaşlı uşağa hücum edərək ona ağır xəsarətlər yetirdiyi bildirilirdi. Hücum yerinin yaxınlığındakı şəhər parkında polis məmuru aqressiv heyvanı görüb və ona atəş açıb, lakin qaçırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu