“Qarabağ”-“Sabah” matçı Qurban Qurbanovun narazı olduğu hakimə tapşırılıb


Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Turan Tovuz” – “Zirə” matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb. "Qarabağ" - "Sabah" matçını isə Rauf Cabbarov idarə edəcək.

Azərbaycan Kuboku, Yarımfinal (ilk oyunlar)

3 aprel (cümə)

17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Kamal Umudlu
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 25-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra VAR-da oturan Rauf Cabbarovdan narazılıq etmişdi. O, R.Cabbarovun həmin görüşün 73-cü dəqiqəsindəki penalti epizodunu düzgün qiymətləndirməməkdə günahlandırmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu