UNESCO-nun mənzil-qərargahında Novruz tədbiri keçirilib



Fransanın paytaxtı Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (UNESCO) mənzil-qərargahında Novruz tədbiri təşkil olunub.

AFN.az xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan və Monqolustanın birgə dəvəti ilə Parisdəki UNESCO mənzil-qərargahında Novruz bayramı qeyd edilib.

Bu il koordinasiyasını Tacikistanın üzərinə götürdüyü tədbirə UNESCO-nun mədəniyyət məsələləri üzrə baş direktor müavini vəzifəsini icra edən Lazar Elundu Assomo və çox sayda qonaq qatılıb. Tədbirdə tacikistanlı sənətçilər milli rəqs performansları müşayiəti ilə ənənəvi musiqi alətlərində konsert proqramı təqdim ediblər.

Keçirilən moda nümayişində Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin mədəni motivləri və ənənəvi geyimlərindən ilhamlanaraq hazırlanan libaslar böyük marağa səbəb olub. Dəvətli olan 13 ölkəyə aid stendlərdə əl işləri nümayiş etdirilib, iştirakçılara müxtəlif milli ləzzətlər və təamlar təqdim olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu