Masazırda iki qadın qətlə yetirildi


Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

AFN.az "Report"un Sumqayıt-Abşeron bürosunun əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu