Məşhur Məmmədova bağlı olduğu deyilən şirkətə 138 min manatlıq sifariş


Mənəvi Dəyərlərin Təbliği Fondu "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində kitab rəflərinin hazırlanması və ölkə üzrə çatdırılması ilə bağlı tenderə yekun vurub.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "Foriella” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 138 113,1 manatdır.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Foriella" MMC 17 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 000 000 manat olan şirkətin qanuni təmsilçisi Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Fərman İslamlıdır. Şirkət Balaxanı Sənaye Parkında və Masallı Sənaye Məhəlləsində yerləşən istehsal sahələri ilə fəaliyyət göstərir və məhsullarını bir çox xarici ölkələrə, o cümlədən ABŞ-a ixrac edir.

Mediada gedən məlumatlara görə, "Foriella” MMC-nin sahibi Milli Məclisin deputatı Məşhur Məmmədovdur. O, həmçinin tanınmış "Embawood” şirkətinin sahibi kimi də tanınır. Qeyd edək ki, Məşhur Məmmədov Fərman İslamlıdan əvvəl Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri vəzifəsini tutub.

Məşhur Məmmədov 2020-ci ildən deputatdır və parlamentdə 74 saylı Masallı seçki dairəsini təmsil edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu