İranda bütün məktəblər distant təhsilə keçir
İran ölkə daxilindəki təhsil sistemində radikal dəyişiklik edərək bütün məktəblərdə distant təhsilə keçid barədə qərar qəbul edib.
AFN.az xəbər verir ki, "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, İranın Təhsil Nazirliyinin sözçüsü bu tətbiqin 21 apreldən etibarən başlayacağını elan edib.
Nazirliyin açıqlamasında bildirilir ki, məsafədən təhsilə keçid qərarı ölkə üzrə bütün təhsil pillələrini və səviyyələrini əhatə edəcək. Sözügedən qayda ikinci bir elana qədər qüvvədə qalacaq.
Qərarın konkret səbəbləri barədə hələlik rəsmi və ətraflı məlumat verilməsə də, tətbiqin ölkədəki mövcud şərtlər çərçivəsində reallaşdırıldığı qeyd olunur. Rəsmilər şagirdlərin və müəllimlərin yeni sistemə uyğunlaşması üçün lazımi texniki hazırlıqların davam etdirildiyini bildiriblər.




