İndoneziyada helikopter qəzasında 8 nəfər həyatını itirib



İndoneziyanın Qərbi Kalimantan əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər dünyasını dəyişib.

AFN.az xəbər verir ki, "Jakarta Globe" qəzetinin yaydığı məlumata görə, pilot, köməkçi pilot və 6 sərnişinin olduğu helikopter dünən yerli vaxtla saat 07:34-də əyalətin Melavi bölgəsindən havaya qalxıb.

Uçuşdan bir müddət sonra, saat 08:39-da "Airbus H130" modelli helikopterlə əlaqə kəsilib və onun itkin düşdüyü bildirilib. Axtarış-xilasetmə qrupları helikopterin qalıqlarını Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində, gedilməsi çətin olan bir ərazidə aşkar ediblər.

Rəsmilər helikopterdə olan 8 nəfərin hamısının həlak olduğunu təsdiqləyiblər. Qəzanın başvermə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu