Azərbaycanda yeni tibb saytı fəaliyyətə başlayıb


Klinik.media (klinik.az) tibb sahəsi üzrə ixtisaslaşmış internet xəbər portalı 2026-cı ilin aprel ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Sayt 03.04.2026 tarixində Medianın İnkişafı Agentliyinin reyestrindən keçərək şəhadətnamə əldə edib.

"KLNK” Group MMC nəzdində fəaliyyət göstərən klinik.media saytı Azərbaycanın tibb sahəsində olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı tibbi xəbərləri oxuculara çatdırır.

Bundan başqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar və müəllif yazıları işıqlandırılır. Sayt tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.

Klinik.media yaradıcı kollektivi Azərbaycanda tibb sahəsi üzrə fəaliyyət göstərən bütün dövlət qurumlarını, özəl səhiyyə müəssisələrini və fərdi həkimləri aktiv əməkdaşlığa dəvət edir.


Əlaqə vasitələri:

Sosial media hesablarımız:






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu