Pentaqon: ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsindən ayrılıb
Pentaqonun sözçüsü Şon Parnell tərəfindən verilən açıqlamada Con Felanın vəzifəsindən ayrıldığı və onu Hərbi Dəniz Qüvvələri müşaviri Hunq Kaonun əvəz edəcəyi bildirilib.
AFN.az xəbər verir ki, istefa qərarı ilə bağlı rəsmi səbəb göstərilməsə də, Felanın gedişi ABŞ-İran gərginliyinin və Hörmüz boğazındakı blokadanın davam etdiyi kritik bir vaxta təsadüf edib. 2025-ci ilin martında vəzifəsinin icrasına başlayan Felan hərbi keçmişi olmayan bir iş adamı və Donald Trampın əsas donorlarından biri kimi tanınırdı.
O, Trampın "Qızıl Donanma" (Golden Fleet) adlandırdığı və "Trump-class" tipli ağır silahlı döyüş gəmilərinin inşasını nəzərdə tutan layihənin ən böyük tərəfdarlarından biri hesab olunurdu. Felanın yerinə müvəqqəti təyin olunan Hunq Kao isə 25 illik donanma veteranıdır.
Kao ordudakı müxtəliflik və inklüzivlik siyasətinə qarşı kəskin tənqidləri ilə seçilir. Ekspertlər bu dəyişikliyi Tramp administrasiyasının Hərbi Dəniz Qüvvələri üzərindəki nəzarətini gücləndirmək və daha sadiq kadrlar yerləşdirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər.
Felanın gedişi Müdafiə naziri Pit Heqsetin vəzifəyə gəlişindən sonra ordunun yüksək eşelonlarında həyata keçirdiyi genişmiqyaslı təmizləmə prosesinin son halqasıdır. Bu rəhbərlik dəyişikliyi İranın Hörmüz boğazında iki yük gəmisini ələ keçirdiyini elan etməsindən sonra strateji əhəmiyyət kəsb edir.

