Kolumbiyada partlayışda ölənlərin sayı 20-yə yüksəldi
Kolumbiyada Pan-Amerikan magistral yolunda törədilən partlayışda həyatını itirənlərin sayının 20-yə çatdığı bildirilib.
AFN.az xəbər verir ki, Kolumbiya Məhkəmə Tibb İnstitutundan verilən açıqlamada Kauka inzibati bölgəsinin Kaxibio qəsəbəsindən keçən Pan-Amerikan yolundakı partlayış nəticəsində can itkisinin artdığı qeyd edilib.
Məlumata görə, həlak olanlardan 5-i uşaqdır, ümumi ölənlərin sayı 20-yə yüksəlib, yaralıların sayı isə 40-ı keçib.
Kauka Valiliyi partlayışda həyatını itirənlərin xatirəsinə bölgədə 3 günlük matəm elan edildiyini ictimaiyyətə çatdırıb.



