ABŞ İranla həlli olmayan "donmuş münaqişəyə" sürüklənə bilər - media
Vaşinqton administrasiyası İranla nə hərbi əməliyyatların bərpası, nə də yekun sazişin əldə olunmadığı "donmuş qarşıdurma" vəziyyətinə düşməkdən ciddi narahatdır.
AFN.az xəbər verir ki, bu haqda "Axios" portalı Amerika rəsmilərinə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, münaqişənin yaxın gələcəkdə diplomatik və ya hərbi həllinin tapılmaması ehtimalı yüksəkdir.
Bu isə ABŞ-ın regionda uzun müddət böyük hərbi qüvvə saxlamasına və İranın dəniz blokadasını davam etdirməsinə səbəb olacaq.
Analitiklər hesab edir ki, belə bir qeyri-müəyyənlik 3 noyabr 2026-cı ildə keçiriləcək aralıq seçkilər ərəfəsində Prezident Donald Tramp üçün həm siyasi, həm də iqtisadi baxımdan "ən pis ssenari" ola bilər.
