Filippin və ABŞ ordusu Cənubi Çin dənizində desant əleyhinə təlimlər keçirib


Filippin, ABŞ, Avstraliya və Yeni Zelandiya hərbçiləri Cənubi Çin dənizi sahillərində "HIMARS" yaylım atəşli reaktiv sistemlərindən istifadə etməklə desant əleyhinə əməliyyat məşqləri keçiriblər.

Filippin Silahlı Qüvvələrinin baş qərargah rəisi Romeo Brauner-kiçik bildirib ki, təlimlər şərti düşmənin sahilə çıxmasının qarşısının alınması ssenarisi üzrə icra olunub.

"Manila Bulletin" qəzetinin məlumatına görə, "Balikatan" təlimləri çərçivəsində keçirilən bu manevrlərdə qırıcılar, pilotsuz uçuş aparatları və tank əleyhinə sistemlərdən də istifadə edilib. Aprelin 20-dən mayın 8-dək davam edəcək bu genişmiqyaslı təlimlərə 17 mindən çox hərbçi cəlb olunub.

Qeyd edək ki, təlimlərin keçirildiyi bölgə Çin ilə ərazi mübahisələrinin yaşandığı Spratli adaları yaxınlığında yerləşdiyi üçün strateji əhəmiyyət daşıyır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu