İraqın şiə partiyaları baş nazir postuna yeni namizəd irəli sürüb


İraqın əksər şiə bloklarını və partiyalarını birləşdirən Koordinasiya Şurası baş nazir postuna yeni namizədini müəyyənləşdirib.

AFN.az "INA" agentliyinə istinadən xəbər verir ki, hökumətə iş adamı və hüquqşünas Əli əz-Zeydi rəhbərlik edəcək.

İraq Prezidenti Nizar Amidi artıq yeni baş nazirə kabineti formalaşdırmağı tapşırıb. Mövcud hökumət başçısı Məhəmməd əs-Sudani və Koordinasiya Şurasının əvvəlki namizədi Nuri əl-Maliki əz-Zeydinin namizədliyini dəstəkləyiblər. "Shafaq News" portalının mənbələri bildirir ki, əz-Zeydi şiə liderləri üçün "kompromis fiqur" olsa da, hökumətin formalaşdırılması prosesində çətinliklərlə üzləşə bilər.

Xatırladaq ki, aprelin 11-də seçilən yeni prezident Nizar Amidinin əvvəlcə Nuri əl-Malikini bu posta irəli sürməsi Vaşinqtonun kəskin etirazına səbəb olmuşdu. ABŞ Prezidenti Donald Tramp əl-Malikinin hökumətə rəhbərlik edəcəyi təqdirdə İraqa dəstəyi kəsəcəyi ilə hədələmişdi. Nuri əl-Maliki isə yalnız aprelin 27-də keçirilən son toplantıda namizədliyini geri götürməyə razı olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu