Bakıda soyğunçuluq edən şəxs həbs edildi



Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

AFN xəbər verir ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart və sənədlər olan pul kisəsini, həmçinin mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu