İngiltərədə evdə baş verən partlayışda 2 nəfər ölüb
İngiltərənin cənubundakı Bristol şəhərində bir evdə hələlik məlum olmayan səbəbdən baş verən partlayış nəticəsində 2 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, Bristol şəhərində baş verən hadisə ilə bağlı polis partlayışın şübhəli bir terror aktı kimi qiymətləndirilmədiyini açıqlayıb.
Avon və Somerset polisi ərazini mühasirəyə alaraq bölgə sakinlərini müvəqqəti istirahət mərkəzinə təxliyə edib. Verilən rəsmi açıqlamada "Böyük Britaniyadakı təhlükə səviyyəsindəki son dəyişikliyi nəzərə alaraq, ictimaiyyəti ən başdan bu hadisənin şübhəli bir terror hadisəsi kimi nəzərdən keçirilmədiyi barədə əmin etmək istərdik.
Hadisənin şərtləri haqqında spekulyasiya edilməməsini xahiş edir və təcili yardım xidmətləri müdaxilə etdiyi müddətdə əhalini ərazidən uzaq durmağa çağırırıq" ifadələri yer alıb.




