Litva Hörmüz boğazındakı beynəlxalq missiyaya qoşulur


Litvanın ali siyasi və hərbi rəhbərliyinin daxil olduğu Dövlət Müdafiə Şurası Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi üzrə beynəlxalq missiyada iştirakı təsdiqləyib.

AFN.az Litva Prezident administrasiyasına istinadən xəbər verir ki, rəsmi Vilnüs strateji əhəmiyyətli regiondakı dəniz əməliyyatlarına dəstək məqsədilə 40-a yaxın hərbçi və mülki müdafiə mütəxəssisi göndərməyə hazırdır.

Şuranın bəyanatında qeyd olunur ki, hökumətə dərhal beynəlxalq əməliyyatlar üçün Seymin mandatına müvafiq düzəlişlər edilməsi təklif olunub. Qərarın tam qüvvəyə minməsi üçün Litva parlamentində səsvermə keçirilməlidir.

Litva administrasiyası ABŞ-dan müvafiq sorğu daxil olacağı təqdirdə hərbi infrastrukturundan istifadəyə icazə verməyə və logistik dəstək göstərməyə hazır olduğunu da bəyan edib. Prezidentin mətbuat katibi Ridas Yasyulyonis qərarın rəsmi iclasda deyil, yazılı formada qəbul edildiyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu