Türkiyə millisi DÇ-2026 üçün geniş heyətini açıqladı
Türkiyənin futbol üzrə milli komandasının 2026-cı il Dünya Çempionatında iştirak edəcək geniş namizəd heyəti bəlli olub.
AFN.az xəbər verir ki, baş məşqçi Vinçenzo Montella turnir üçün 44 nəfərlik genişləndirilmiş siyahını ictimaiyyətə təqdim edib.
Siyahıda həm təcrübəli ulduzlar, həm də parlayan gənc istedadlar yer alıb.
Hazırkı 44 nəfərlik heyət hazırlıq prosesindən sonra 26 futbolçuya qədər endiriləcək.
Bu addım hər bir oyunçunun fiziki və taktiki vəziyyətini son ana qədər dəyərləndirmək məqsədi daşıyır.
Baş məşqçi Montella həm gənclərin enerjisindən, həm də təcrübəli oyunçuların təcrübəsindən maksimum yararlanmağı planlaşdırır.
Hazırda futbol ictimaiyyəti və azarkeşlər böyük maraqla baş məşqçinin hansı 26 nəfərlə yola davam edəcəyini gözləyir.
Qardaş ölkənin hədəfi Dünya Çempionatında maksimum nəticə göstərməkdir.
Türkiyə millisinin geniş heyətinə aşağıdakı futbolçular daxil edilib:
Qapıçılar: Uğurcan Çakır, Berke Özer, Altay Bayındır, Deniz Ertaş, Muhammed Şengezer, Ersin Destanoğlu.
Müdafiəçilər: Ferdi Kadıoğlu, Yusuf Akçiçek, Merih Demiral, Zeki Çelik, Ozan Kabak, Mert Müldür, Abdülkerim Bardakcı, Emirhan Topçu, Levent Mercan, Eren Elmalı, Ahmetcan Kaplan, Taha Altıkardeş, Berkay Yılmaz.
Yarımmüdafiəçilər: Arda Güler, Can Uzun, Orkun Kökçü, Hakan Çalhanoğlu, İsmail Yüksek, Mert Kömür, Atakan Karazor, Demir Ege Tıknaz, Doğucan Haspolat, Arda Okan Kurtulan, Emirhan İlkhan, İsak Vural, Başar Önal, Salih Özcan.
Hücumçular: Kenan Yıldız, Barış Alper Yılmaz, Kerem Aktürkoğlu, Yunus Akgün, Semih Kılıçsoy, Enes Ünal, Oğuz Aydın, Aral Şimşir, Eren Dinkçi, Deniz Gül, Bertuğ Yıldırım.


