İsveçdə ötən il evində ölən 309 nəfərin meyiti ən tez bir ay sonra tapılıb
İsveçdə 2025-ci ildə evlərində ölən 309 nəfərin cansız bədəninə ölüm faktından ən tez bir ay keçdikdən sonra çatıldığı açıqlanıb.
AFN.az xəbər verir ki, İsveç Məhkəmə Tibb Qurumu tərəfindən yayımlanan rəsmi məlumatlar ölkədəki tənha ölümlərin sayının əvvəlki illə müqayisədə artdığını göstərir.
Qurumun hesabatına görə, ötən il qeydə alınan 309 hadisə əvvəlki ildəki 281 faktla müqayisədə nəzərəçarpacaq artım deməkdir.
Məlumata əsasən, ən yüksək artım paytaxt Stokholm və ətraf ərazilərdə müşahidə olunub. Belə ki, Stokholmda 2024-cü ildə 60 olan bu növ hadisələrin sayı ötən il 77-yə yüksəlib.
Statistika tənha ölümlərdə cinsiyyət və yaş faktorunun da həlledici olduğunu üzə çıxarıb. Belə ki, evində ölü tapılan və ən tez bir ay sonra fərqinə varılan şəxslərin 75 faizi kişilərdir, həyatını itirənlərin 60 faizi isə 65 yaş və üzərində olan şəxslərdir.


