Texasda qatarda 6 miqrant hipertermiyadan öldü



ABŞ-nin Texas ştatının Meksika sərhədinə yaxın Laredo bölgəsində qatarın yük vaqonunda ölü tapılan 1-i uşaq olmaqla 6 miqrantın yüksək temperaturla bağlı hipertermiyadan həyatını itirdiyi və onların insan qaçaqmalçılığının qurbanı olduqları ehtimal edilir.

AFN.az xəbər verir ki, rəsmilər 12 mayda ştatın Meksika sərhədinə yaxın ərazisində qatar vaqonunda cəsədləri tapılan 6 miqrantla bağlı bəyanat yayıblar.

Ölü tapılan şəxslərin HondurasMeksikadan gəldiyi barədə məlumat verən səlahiyyətlilər həyatını itirənlər arasında 14 yaşlı bir uşağın da olduğunu bildiriblər.

Rəsmilər həmçinin hadisə yerindən təxminən 240 kilometr uzaqlıqda tapılan 49 yaşlı Meksika vətəndaşına aid cəsədin də bu hadisə ilə əlaqəli olduğunu düşündüklərini qeyd ediblər.

İnsan qaçaqmalçılığının qurbanı olduqları ehtimal edilən şəxslərin yüksək temperatur səbəbindən yaranan hipertermiyadan dünyasını dəyişdiyi güman edilir.

Laredo bölgəsində 12 mayda 6 nəfərin cəsədinin "Union Pacific" dəmir yolu şirkətinin əməkdaşı tərəfindən yük konteynerində aşkar edildiyi qeyd olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu