Cənubi Afrikada sel səbəbindən ölənlərin sayı 18-ə yüksəlib



Cənubi Afrikayanın müxtəlif bölgələrində keçən həftədən bəri təsirini davam etdirən şiddətli yağış və fırtına nəticəsində həyatını itirənlərin sayı 18 nəfərə çatıb.

AFN.az xəbər verir ki, ölkənin Kooperativ İdarəçilik və Ənənəvi İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, geniş ərazidə tüğyan edən fırtına fəsadlar törədib və nəticədə Qərbi Keypdə 11, Şimali Keypdə 3, Fri Steytdə 2, Şimal-Qərb və Mpumalanga əyalətlərinin hər birində bir nəfər olmaqla ümumilikdə 18 nəfər dünyasını dəyişib.

Qərbi Keyp əyalət hökumətinin açıqlamasında isə xüsusilə Qarden Rout bölgəsi başda olmaqla, region daxilində 150 mindən çox insanın təbii fəlakətdən zərər çəkdiyi, minlərlə sakinin evsiz qaldığı vurğulanıb.

Rəsmi məlumatlara görə, şiddətli tufan və daşqınlar səbəbindən 100-dən çox məktəb binasına ziyan dəyib, 150-yə yaxın magistral yol isə hərəkət üçün tamamilə bağlanıb.

Milli mətbuatda yer alan xəbərlərdə isə qeyd olunur ki, ölkənin kənd təsərrüfatı istehsalatında mühüm paya sahib olan Qərbi Keyp və Şərqi Keyp bölgələrində çoxlu sayda ferma su altında qalıb, əkin sahələrinə ciddi ziyan dəyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu