İmişlidə ağır qəza: 2 ölü, 5 yaralı
Ötən gecə İmişlidə ağır yol qəzası baş verib.
Saat 23 radələrində İmişli şəhəri ərazisində “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub.
Nəticədə, 2 nəfər vəfat edib, daha 5 nəfər isə xəstəxanaya aparılıb.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

