Pezeşkian: Çətinlikləri dəf etməyin yolu milli həmrəylikdən keçir
İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində etdiyi paylaşımda xalqının çətinliklər qarşısında nümayiş etdirdiyi birliyi yüksək qiymətləndirib.
AFN.az xəbər verir ki, dövlət başçısı xalqın qırx günlük müharibə dövründə olduğu kimi, bərpa mərhələsini də rəhm və birlik içində keçəcəyini vurğulayıb.
“İran xalqı çətinlikləri dəf etməyin yolunun milli həmrəylikdən keçdiyini nümayiş etdirdi. Vətəndaşlarımızın vəziyyəti düzgün qiymətləndirməsinə, fədakarlığına və göstərdiyi səylərə görə minnətdaram. İranı birlikdə quracağıq” - deyə prezident qeyd edib.
