İsrail ordusu bir gündə "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqlayıb
İsrail ordusu (SAXAL) son sutka ərzində Livanın cənubuna endirilən hava zərbələri nəticəsində "Hizbullah" hərəkatının 20-dən çox döyüşçüsünün öldürüldüyünü bəyan edib.
AFN.az xəbər verir ki, SAXAL-ın yaydığı məlumatda son 24 saat ərzində "Hizbullah"a məxsus təxminən 65 infrastruktur obyektinə zərbələr endirildiyi bildirilir. İsrail ordusunun məlumatına görə, hədəf alınan nöqtələr arasında hərəkata aid silah anbarları, müşahidə məntəqələri, komanda mərkəzləri və digər mühüm hərbi obyektlər yer alıb.
