Sumqayıt qatarı qəza törətdi: ölən var


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AFN.az xəbər verir ki, dünən saat 12:15 radələrində Anar Rövşən oğlu Quliyev Nərimanov rayon Məmməd Arif küçəsi 27 ünvanında (“Montin” qəsəbəsi) qatar vurması nəticəsində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən hadisə ilə bağlı bildirilib ki, iyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor sahəsində hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəflətən bir nəfər gənc çıxıb.

Məlumata görə, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev həyatını itirib.

"Bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırırıq. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur. Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - deyə səhmdar cəmiyyəti bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu