Sadettin Sarana 2 il 6 ay həbs qərarı verildi



"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran və qardaşı haqqında məhkəmə tərəfindən 2 il 6 ay müddətinə həbs qərarı çıxarılıb.

Türkiyə mətbuatının yaydığı məlumatlara görə, hadisənin kökündə bir müddət əvvəl İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən qaldırılan iddia dayanır. Belə ki, Saranın da aralarında olduğu 4 şübhəli şəxs barəsində, rəhbərlik etdikləri “S SPORT” internet platformasında yayımlanan futbol qarşılaşmaları zamanı qanunsuz mərc oyunlarının reklamını etmək ittihamı irəli sürülmüş və onların 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunmuşdu.

Bu gün keçirilən yekun məhkəmə prosesində isə irəli sürülən ittihamlar təsdiqini tapıb. Məhkəmənin qərarı ilə Sadettin Saran və onun qardaşı Alan Kenan Saran “müxtəlif üsullarla qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə təqsirli bilinərək hər biri 2 il 6 ay həbs cəzasına məhkum edilib.

Azadlıqdan məhrumetmə qərarı ilə yanaşı, hər iki şəxsə ümumilikdə 562 min 500 lirə məbləğində pul cəriməsi də tətbiq olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu