7-ci sinif şagirdi atası ilə birgə qazsızmadan ölübmüş - YENİLƏNİB
Bakıda şagird vəfat edib.
AFN.az xəbər verir ki, 247 nömrəli tam orta məktəbin 7-ci sinfində təhsil alan Kamran Abıyev dünyasını dəyişib.
***
AFN.az Qafqazinfoya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.
İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.



