Livan: İsrail ilə danışıqlar sonuna qədər davam edəcək



Livan Prezidenti Mişel Avn ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında aparılan danışıqları sonuna qədər davam etdirəcəklərini bildirib.

AFN.az xəbər verir ki, Livan Prezident Administrasiyasından verilən bəyanata görə, Avn paytaxt Beyrutun şərqindəki Baabda sarayında bəzi bələdiyyə sədrlərini qəbul edib.

Vaşinqtonda Livan və İsrail arasında keçirilən danışıqlara toxunan Avn bu müzakirələrlə dövlətin varlığını yenidən bərpa etməyi hədəflədiklərini və livanlıların dövlətdən kənar hər hansı bir qurumun himayəsində qalmamasını istədiklərini vurğulayıb.

Livanda qərar verənlərin məhz özləri olduğunu qeyd edən Avn hər bir ölkədən gələ biləcək köməyi məmnuniyyətlə qarşıladıqlarını, lakin yardımla Livanın daxili işlərinə müdaxilə arasında böyük fərq olduğunu ifadə edib.

Körfəzdəki ərəb ölkələrinin Livana yardımlarını müsbət qiymətləndirdiklərini deyən Avn İsrail ilə danışıqlara işarə edərək bildirib ki, müzakirələrlə bağlı qəti qərar verib və bunu sonuna qədər davam etdirəcək, çünki Livan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvü olan, öz varlığına və suverenliyinə sahib bir ölkədir.

Prezident həmçinin bu qərarı müharibələrin heç bir nəticə vermədiyi, əksinə, hər kəsin itkilərə məruz qaldığı barədə inancına əsaslanaraq qəbul etdiyini vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu