“Qalatasaray”ın keçmiş funksioneri Erden Timur azadlığa buraxıldı


Türkiyə futbol ictimaiyyətinin diqqətlə izlədiyi məhkəmə prosesində mühüm yenilik var.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, ötən ilin dekabrında qanunsuz mərc oyunları və cinayət yolu ilə qazanılmış vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamları ilə dəmir barmaqlıqlar arxasına göndərilən “Qalatasaray” klubunun sabiq başqan vəkili Erden Timur sərbəst buraxılıb.

Qardaş ölkə mətbuatının yaydığı məlumata görə, aparılan genişmiqyaslı istintaq tədbirlərindən sonra tanınmış funksioner barəsində həbs qətimkan tədbiri dəyişdirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu