Erden Timur "Qalatasaray"dan ayrıldı


"Qalatasaray" Sportif A.Ş. İdarə Heyətinin sədr müavini Erden Timur "Qalatasaray"dan ayrıldığını açıqlayıb.


AFN.az xəbər verir ki, o, qərarını mətbuat konfransında açıqlayıb. "Özümdən asılı olmayan səbəblərdən xeyli müddətdir gündəmi zəbt etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm" deyən E.Timur klub daxilindəki siyasətdən narazı olduğunu dilə gətirib. O bildirib ki, bu "pis siyasət" bəzən qələbə qazanmağa mane olur: "Mən məsələni çempionata 1-1,5 ay qalmış başqanımıza çatdırdım. Rəhbərlik siyahısı verilməmişdən əvvəl o, mənim rəhbərlikdə olmağımla bağlı xahişini çatdıranda fikrimi bildirdim. O zaman komanda çempionluq yarışında olduğu üçün bu məsələni çox açmadıq. Sadəcə yaxın çevrəmə bildirmişdim.
Xüsusilə son 7 ayda təzyiqlər çox oldu. Mən də bu qərarı vermək istəməzdim, amma təsəlli olacağım bir məqam yoxdur artıq. Haqqımda pis sözlər deyildi, yazıldı. Başqa çarəm yoxdu. Ayrılmaq istəməsəm də, ayrılmağa məcbur qalmışam. Azarkeşlər də getməyimi istəmirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu