İsveç Aİ ölkələrinin kölgə donanması gəmilərini sərbəst buraxmasından narazıdır


İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Avropa İttifaqı ölkələrinin Rusiyanın "kölgə donanması"na aid edilən gəmilərin sərbəst hərəkətinə göz yummasından kəskin narazılığını bildirib və ittifaqı onlara qarşı tədbir görməyə çağırıb.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin məktubuna istinadən məlumat yayıb.

Stenerqard Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas və Kiprin XİN başçısı Konstantinos Kombosa ünvanladığı məktubda qeyd edib: "Kölgə donanmasının gəmiləri Baltik dənizinə çatmazdan əvvəl digər Avropa ölkələrinin ərazi sularından keçir. Bütün Aİ üzvlərinin bu gəmiləri dəstəkləyən sistemin məhdudlaşdırılması üçün məsuliyyət daşıması olduqca vacibdir". Nazir müsahibəsində artıq İsveç tərəfinin öz ərazi sularında bir neçə belə gəmini saxladığını da əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keyr Starmer krallıq hərbçilərinin Lamanş boğazında Rusiyaya məxsus olduğu iddia edilən "Smyrtos" tankerini ələ keçirdiyini açıqlamışdı. Rusiya tərəfi isə bəyan edib ki, Qərb ölkələri beynəlxalq dəniz daşımalarında Rusiya yüklərinə maneə yaratmaq və dəniz yollarında quldurluq etmək üçün süni şəkildə "kölgə donanması" anlayışını uydurublar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu