Dünyanın ən zəngin 500 insanının sərvəti bir gündə 336 milyard dollar artdı


Dünyanın ən varlı 500 iş adamının ümumi sərvəti təkcə 15 iyun tarixində rekord həcmdə – 336 milyard dollar artaraq tarixin ən yüksək göstəricisinə çatıb.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özünün "Milyarderlər İndeksi"nə istinadən məlumat yayıb. Qeyd olunur ki, həmin şəxslərin ümumi kapitalı 13,3 trilyon dollara çatıb.

Siyahının lideri İlon Mask olaraq qalır. Onun sərvəti bir gündə 164 milyard dollar artıb ki, bu da siyahıdakı digər 499 nəfərin bir günlük qazancına bərabərdir. Maskın sərvətinin bu dərəcədə sürətlə artmasına səbəb onun təsis etdiyi "SpaceX" şirkətinin səhmlərinin birjada ilkin satışa çıxarılmasından sonra hər bir səhmin qiymətinin 163 dollara qədər yüksəlməsi olub. Bununla da Mask dünya tarixində sərvəti 1 trilyon dolları ötən ilk şəxs olub. Məlumatda həmçinin bildirilir ki, rusiyalı milyarderlərin də ümumi gəliri 2026-cı ilin əvvəlindən bəzi sanksiyalara rəğmən 21,8 milyard dollardan çox artıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu