Tramp İran ilə memorandum sazişini imzalayıb



ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasındakı qarşılıqlı anlaşma memorandumunu Fransa Prezidenti Emmanuel Makronun onun şərəfinə Versal Sarayında verdiyi şam yeməyində imzalayıb.

AFN.az xəbər verir ki, mövzu ilə bağlı görüntülər Ağ Evin rəsmi sosial media hesablarında paylaşılıb.

Paylaşımda ABŞ Prezidenti Trampın İran ilə əldə olunmuş razılaşma sənədini Fransanın Versal şəhərində imzaladığı ifadə edilib.

Qeyd edək ki, Tramp iştirak etdiyi G7 sammitindən sonra ölkəsinə qayıtmazdan əvvəl fransalı həmkarının onun şərəfinə Versal Sarayında təşkil etdiyi rəsmi ziyafətə qatılmışdı.

Bundan əvvəl isə Pakistan Baş naziri Şahbaz Şərif ABŞ və İranın "İslamabad Anlaşması"nı elektron formatda imzaladıqlarını bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu