Tramp, Vens və Qalibaf ABŞ-İran memorandumunu imzalayıblar - media


ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və İran İslami Şura Məclisinin sədri Məhəmməd Bağır Qalibaf hərbi əməliyyatların dayandırılmasına dair Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-ın yüksəkrütbəli rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, söhbət sənədin elektron variantda imzalanmasından gedir. Qeyd edək ki, bundan əvvəl sənədin rəsmi imzalanma mərasiminin iyunun 19-da keçiriləcəyi elan olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu