Mağazalardakı 1 qəpiklik yumurtalarla bağlı rəsmi açıqlama


Mağazalardakı bir qəpiklik yumurtalarda hər hansı bir uyğunsuzluq aşkarlanmayıb.

AFN.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində satışda olan ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Aparılan son yoxlamalar zamanı da istehlakçılarda şübhə yaradan məhsullarda heç bir uyğunsuzluq aşkarlanmayıb. Satışda olan həmin məhsullar qanunvericiliyə uyğun olaraq baytarlıq arayışıekspertiza aktları ilə tam təmin olunub.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə mağazalarda cəmi 1 qəpiyə satışa çıxarılan yumurtaların keyfiyyətsiz, istifadəyə yararsız olduğu və insan sağlığına zərər vurduğu ilə bağlı müxtəlif iddialar yayılmışdı. AQTA-nın rəsmi açıqlaması bu iddiaların əsassız olduğunu üzə çıxarıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu