Cennaro Qattuzo "Latsio"nun yeni baş məşqçisi oldu



İtaliya A Seriyası təmsilçilərindən "Latsio" baş məşqçi postuna Cennaro Qattuzonun gətirildiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, paytaxt klubunda Maurisio Sarridən boşalan baş məşqçi vəzifəsi Qattuzoya həvalə edilib.

Klubun açıqlamasında 48 yaşlı italyan mütəxəssislə rəsmi müqavilə imzalandığı bildirilib.

Daha əvvəl "Piza", "Milan", "Napoli", "Fiorentina", "Valensiya" və "Olimpik Marsel" kimi komandaları çalışdıran Qattuzo son olaraq İtaliya milli komandasında fəaliyyət göstərib.

Ötən mövsüm İtaliya Kubokunda final oynayan "Latsio" A Seriyasını isə 54 xalla 9-cu sırada tamamlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu