"Milan" Paulo Fonseka ilə müqavilə imzaladı


İtaliya A Seriyasının komandalarından olan "Milan" portuqaliyalı baş məşqçi Paulo Fonseka ilə müqavilə imzalayıb.



İtaliya A Seriyasının komandalarından olan "Milan" portuqaliyalı baş məşqçi Paulo Fonseka ilə 3 illik müqavilə imzalayıb. Ötən mövsüm Stefano Piolinin rəhbərliyi altında liqanı 75 xalla 2-ci pillədə başa vuran İtaliya komandası mövsümün sonunda 58 yaşlı çalışdırıcı ilə yollarını ayırıb.

51 yaşlı portuqaliyalı çalışdırıcı sonuncu dəfə Fransanın "Lill" komandasında çalışıb. 2023-2024 mövsümündə Fransa Liqa 1 liqasını 59 xalla 4-cü pillədə başa vuran Fonseka, Avropa Konfrans Liqasının 1/4 finalında İngiltərənin Aston Villa komandası ilə mübarizədən kənarlaşdırılıb. Daha əvvəl “Roma”, “Porto”, “Şaxtyor Donetsk” kimi komandaları çalışdıran Fonseka karyerasında ümumilikdə 9 kubok qazanıb.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu