Olimpiya çempionu Bode Miller narkotik ittihamı ilə saxlanılıb
2010-cu il Qış Olimpiya Oyunlarının çempionu, tanınmış amerikalı dağ xizəkçisi Bode Miller narkotik vasitələrin saxlanılması ittihamı ilə saxlanılıb.
AFN.az xəbər verir ki, bu barədə məlumatı məşhur TMZ portalı yayıb.
Mənbənin məlumatına görə, Millerin üzərindən 4,1 qram çəkidə hallüsinogen aşkar edilib. Prokurorluq idmançıya qarşı iki bənd üzrə — narkotik maddə saxlama və ondan istifadə üçün nəzərdə tutulmuş əşyaların saxlanılması ittihamını irəli sürüb. Keçmiş idmançı isə ittihamlar üzrə özünü təqsirli bilməyib.
Qeyd edək ki, 48 yaşlı Bode Miller eyni zamanda dördqat dünya çempionu və ikiqat Dünya Kubokunun qalibidir.



